Qətər hakimiyyəti Suriyadakı münaqişənin həllinə yönəlmiş istənilən təşəbbüsləri dəstəkləyir və bu məsələdə tərəfdaşları ilə qarşılıqlı əlaqədə olur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazirin müşaviri, əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Biz Suriyada sülhə gətirib çıxaracaq istənilən təşəbbüsü dəstəkləyirik. Suriyada münaqişəyə son qoymaq və müsbət nəticə əldə etmək üçün birgə işləməyi təmin etmək üçün burada və regionda olan tərəfdaşlarımızla koordinasiya edirik”, – o qeyd edib.