Ana Sayfa > Karusel / Kriminal > Naməlum şəxslər Tac-Mahalı partlatmaqla hədələyiblər

Naməlum şəxslər Tac-Mahalı partlatmaqla hədələyiblər


Dünən, 15:44. Yazar: Admin

Hindistanın Uttar Pradeş əyalətinin regional turizm idarəsinə Aqra şəhərində Tac-Mahalın məşhur ağ mərmər məqbərəsini partlatmaqla hədələyən elektron məktub gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, mesaj dərhal polisə çatdırılıb və təhdidin yalan olduğu üzə çıxıb.

“Bomba zərərsizləşdirmə qrupu və itlər yoxlama üçün Tac-Mahala gəliblər və binada şübhəli heç bir şey tapılmayıb”, – məlumatda deyilir.

Tac-Mahal məqbərəsi 17-ci əsrdə imperator Şah Cahanın əmri ilə onun mərhum həyat yoldaşı Mümtazın şərəfinə tikilib. Hindistanın ən məşhur memarlıq quruluşu hesab olunan məqbərə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və dünyanın yeddi yeni möcüzəsindən biridir.


Geri dön