Ana Sayfa > Karusel / Region > Paşinyan: Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər

Paşinyan: Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər


Dünən, 13:40. Yazar: Admin

Baş nazir Nikol Paşinyan

 

Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

“90-cı illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”, - o, Azərbaycan və Türkiyə ilə münasibətləri nəzərdə tutaraq bildirib.

Paşinyan həmçinin əlavə edib ki, “onun hökumətinin siyasəti sayəsində” “dövlətin qarşısında duran çağırışlar qismən həll olunur, lakin yeniləri meydana çıxır”.


Geri dön