Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb
Ana Sayfa > Karusel / Dünya > Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb

Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb


3-12-2024, 08:09. Yazar: Admin

Tramp biznesmen Stivensi ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivensi ölkənin Böyük britaniyadakı səfiri vəzifəsinə namizəd göstərəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu haqda “Truth” sosial şəbəkəsində məlumat verib.

“Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-ın Sent-Ceyms sarayında səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü bildirməkdən məmnunluq duyuram. Bu rolda o, Birləşmiş Krallıqdakı təmsilçimiz olacaq”, - deyə o bildirib.

Trampın sözlərinə görə 67 yaşlı Stivens Vaşinqtonu ABŞ-ın ən dəyərli müttəfiqlərindən biri olan ölkədə təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.


Geri dön