Ana Sayfa > Karusel / Dünya > Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir


Dünən, 08:03. Yazar: Admin

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

ABŞ-nin hazırkı administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ağ Evin saytında dərc edilmiş bəyanatında öz əksini tapıb.

"Rusiyanın müharibə maşınının fəaliyyətini pozmaq üçün ABŞ Rusiyanın maliyyə sektoruna mühüm sanksiyalar tətbiq edib və bundan sonra daha çox sanksiyalar tətbiq olunacaq", - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd edilib ki, ABŞ administrasiyası bu əlavə sanksiyaları yanvarın 20-dən, yəni ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl səlahiyyətlərini tərk etməzdən əvvəl tətbiq etmək niyyətindədir.


Geri dön