Ana Sayfa > Karusel / Dünya > Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə edib
Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə edib2-12-2024, 17:50. Yazar: Admin |
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pəzeşkian arasında telefon danışığı olub. Qarabaginfo.az xəbər verir ki, telefon danışığı zamanı Suriyadakı gərginləşən vəziyyət müzakirə olunub.
Telefon danışığı zamanı “terrorçu qruplarının və dəstələrin genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmaq məqsədi kimi qiymətləndirilib”. Bundan başqa, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafına dair aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. Gələcək təmaslar barədə razılıq əldə olunub. Kreml telefon danışığıın İran tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb. Geri dön |