Ana Sayfa > Karusel / Dünya > Kaja Kallas Avropa qoşunlarının Ukraynaya göndərilməsini hansı halda mümkün saydığını açıqlayıb

Kaja Kallas Avropa qoşunlarının Ukraynaya göndərilməsini hansı halda mümkün saydığını açıqlayıb


1-12-2024, 17:26. Yazar: Admin

Kaja Kallas, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi

 

Ukraynada atəşin dayandırılacağı halda atəşkəsə riayət edilməsini müşahidə üçün Avropa ölkələrinin qoşunlarının bu ölkəyə göndərilməsinə baxıla bilər.

Qarabaginfo.az ANSA-ya istinadən verdiyi xəbərə görə, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Kaja Kallas deyib ki, indiyə qədər hansı ölkələrin qoşunları göndərməyə hazır olduğu müzakirə edilib: “Düşünürəm ki, heç nəyi istisna etmək olmaz. Strateji məsələlərdə qeyri-müəyyənliyə yol vermək olmaz. İstənilən halda son qərarı Ukrayna verməlidir”.


Geri dön