Ana Sayfa > Karusel / Gündəm > Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatıb
Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatıb9-11-2020, 10:53. Yazar: Admin |
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 3326-dır. Geri dön |