Ana Sayfa > Karusel / Dünya > 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir

900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir


30-11-2024, 14:08. Yazar: Admin

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin hava şəraitinə görə bağlanması səbəbindən 2880 yük maşını sərhəddə gözləyir.

Qarabaginfo.az xəbər verir ki, erməni mediası sərhəddə gözləyən yük maşınlarından 863-nün Ermənistana aid olduğunu yazıb.

Qeyd edək ki, noyabrın 25-dən Yuxarı Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən yük maşınları üçün bağlanıb.

 


Geri dön