Ana Sayfa > Karusel / Siyasət > Elnur Məmmədov Yaponiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Elnur Məmmədov Yaponiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb29-11-2024, 14:27. Yazar: Admin |
Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu xüsusda, Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib. Qarşı tərəf Azərbaycanı COP29 sədrliyi, habelə tədbirin yüksək səviyyədə peşəkarlıqla təşkili və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinin gücləndirilməsi istiqamətində liderlik səylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacib razılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyə institutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki və Zərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarların əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdir edilib. Geri dön |