Ana Sayfa > Karusel / İqtisadiyyat > “Şimal-1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

“Şimal-1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb


29-11-2024, 13:11. Yazar: Admin

“Şimal-1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İstismara verildiyi tarixdən cari ilin 1 noyabr tarixinədək “Şimal-1” Elektrik Stansiyasında 51,52 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə Qarabaginfo.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “Şimal-1” elektrik stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.

“Gücü 265 MVt olan 1 ədəd qaz turbini və gücü 135 MVt olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 MVt təşkil edir”, - məlumatda qeyd olunur.


Geri dön