Ana Sayfa > Karusel / Region > Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir


29-11-2024, 11:21. Yazar: Admin

Yaponiya Baş naziri Şigeru İşiba bildirib ki, onun hökuməti Yaponiya-Rusiya münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxışı zamanı bildirib.

“Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, – Baş nazir qeyd edib.


Geri dön