Ana Sayfa > Karusel / Kriminal > Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında28-11-2024, 11:34. Yazar: Admin |
Quru Qoşunların tabeliyindəki N saylı hərbi hissənin Maliyyə xidmət bölməsində mühasib işləmiş Alı Əliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Qarabaginfo.az xəbər verir ki, “Dayı” ləqəbi ilə tanınan eks-mühasib 4 min manata yaxın rüşvət almaqda, 30 min manatı isə rüşvət kimi tələb etməkdə təqsirləndirilir. A.Əliyev 4 minə yaxın pulu hərbçilərdən birinin xidmət yerinin dəyişdirilməsini təşkil etdiyi üçün alıb. Bundan əlavə o, rüşvətlə əlaqəli digər cinayət əməllərini törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə yekun ittiham elan edilib. “Dayı”nın vəkili Orxan Zeynalov saytımıza bildirib ki, müdafiə tərəfi olaraq verilmiş ittihamlarla razı deyillər. Topladıqları sübutları məhkəmə istintaqında təqdim edəcəklər. Vəkil onu da qeyd edib ki, istintaqın sonunda etiraz etsə də, müvəkkilinin işi əvvəl Gəncə Hərbi Məhkəməsinə göndərilib. O, həmin etirazını məhkəmənin ilk iclasında elan edib. Hakim bununla razılaşıb. Vəsatət əsasında aidiyyət pozulduğundan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə ilk iclas keçiriləcək. Qeyd edək ki, “Dayı” bu ilin martından həbsdədir. Geri dön |