Ana Sayfa > Karusel / Dünya > Tramp Keyt Kelloqu ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi təyin edib

Tramp Keyt Kelloqu ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi təyin edib


28-11-2024, 08:39. Yazar: Admin

 

Keyt Kelloq - ABŞ-nin keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloq onun administrasiyasında Ukrayna üzrə xüsusi elçi olacaq.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.

“Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!”, - Tramp qeyd edib.

 


Geri dön