Ana Sayfa > Karusel / Siyasət > Şolz dövlət büdcəsindən borc götürməklə Ukraynaya dəstək verməyə razılaşıb
Şolz dövlət büdcəsindən borc götürməklə Ukraynaya dəstək verməyə razılaşıbDünən, 21:11. Yazar: Admin |
Almaniya kansleri Olaf Şolz ikinci müddətə namizədliyi irəli sürüldükdən sonra ölkənin dövlət büdcəsindən borc götürməklə Ukraynaya maliyyə dəstəyinə razılıq verdiyini bildirib, lakin Kiyevə uzaqmənzilli “Taurus” raketlərinin tədarükünə qarşı mövqeyini təkrarlayıb. Qarabaginfo.az xəbər verir ki, kansler bu barədə noyabrın 25-də Sosial Demokrat Partiyasının mətbuat konfransında məlumat verib. Siyasətçi qeyd edib ki, o, Ukrayna münaqişəsinin gərginləşməsinin əleyhinədir, eyni zamanda gələn il üçün Almaniyanın dövlət büdcəsindən Kiyevə 12 milyard avro məbləğində hərbi yardımın ayrılmasını dəstəkləyir. Geri dön |