Ana Sayfa > Karusel / Region > Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yaranıb

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yaranıb


Bu gün, 15:58. Yazar: Admin

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yaranıb

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.

Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.


Geri dön