Ana Sayfa > Karusel / Təhsil > Boradigahda qəza vəziyyətində olan məktəb söküləcək –RƏSMİ AÇIQLAMA /FOTO

Boradigahda qəza vəziyyətində olan məktəb söküləcək –RƏSMİ AÇIQLAMA /FOTO


Bu gün, 14:02. Yazar: Admin

Elm və Təhsil Nazirliyi bir qrup Boradigah sakininin Nizami Gəncəvi adına 1 saylı orta məktəbin qəzalı vəziyyətdə olmasıyla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə etdiyi müraciətə cavab verib.

Qarabaginfo.az xəbər verir ki, Nazirliyin müracətə cavab olaraq verdiyi açıqlamada bildirilir ki, 2020-2021-ci illərdə Masallı rayonu Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbinin idman və akt zalının (əlavə korpusda) dam örtüyünün əsaslı təmirinin aparılması üçün söküntü işlərinə başlanılan zaman binanın yükdaşıma gücünün zəif olduğu aşkarlanaraq işlər dayandırılıb.

Bununla bağlı binanın (hər iki korpus) müayinəsi üçün müvafiq qurumlara müraciət olunmuş və məktəb binasının qəzalı olduğuna dair müvafiq rəy verilib. Verilmiş rəyə uyğun olaraq məktəb binasının sökülərək yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Hazırda 624 şagird yerlik tam orta məktəbin layihələndirməsi başa çatıb.

Təhsil müəssisəsinin tikintisi məsələsinə növbəti illərin dövlət investisiya proqramı çərçivəsində baxılacaq.

 

Geri dön