Ana Sayfa > Karusel / İqtisadiyyat > Asiya İnkişaf Bankı iqlim maliyyələşməsinə 100 milyard dollar ayıracaq

Asiya İnkişaf Bankı iqlim maliyyələşməsinə 100 milyard dollar ayıracaq


Bu gün, 11:08. Yazar: Admin

Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər illik maliyyələşmənin 50%-ni iqlim maliyyələşməsinə yönəltməyi və 2019-2030-cu illər ərzində ümumilikdə 100 milyard dollardan çox iqlim maliyyələşməsini təmin etməyi hədəfləyir.

Bu barədə Bankdan bildirilib. Qeyd edilib ki, ADB və “Masdar” şirkəti arasında Azərbaycanda iki böyük günəş enerjisi stansiyasının tikintisi üçün kredit müqavilələri imzalanıb. Bu stansiyalar ölkənin günəş enerjisi potensialını üç dəfə artıracaq. Bundan əlavə, Asiya İnkişaf Bankı Özbəkistanın iqlim keçidini dəstəkləmək üçün 250 milyon dollar dəyərində kredit ayrılıb. Bu proqram su sektoru və digər sahələrdə iqlim dayanıqlığını gücləndirəcək.

Bankdan həmçinin əlavə edilib ki, ADB Solomon Adaları və Tonqa ilə dizel yanacağına olan asılılığı azaldaraq bərpa olunan enerjiyə keçid üçün müqavilələr imzalayıb. Bu maliyyələşmə Solomon Adalarında ilk böyük enerji saxlama sisteminin quraşdırılmasını təmin edəcək və Tonqanın enerji şəbəkəsinin fəlakətlərə qarşı dayanıqlığını artıracaq(apa).


Geri dön