Ana Sayfa > Karusel / Multimedia > Bu ilin üçüncü rübündə dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib
Bu ilin üçüncü rübündə dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilibBu gün, 10:59. Yazar: Admin |
Bu ilin üçüncü rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edib. Bu barədə Qarabaginfo.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub. Geri dön |