Ana Sayfa > Karusel / Region > Türkiyə ermənipərəst jurnalist Neil Hauerin ölkəyə girişinə qadağa qoyub
Türkiyə ermənipərəst jurnalist Neil Hauerin ölkəyə girişinə qadağa qoyubBu gün, 08:13. Yazar: Admin |
Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub. qarabaginfo.az xəbər verir ki, bu haqda o “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Hauer qeyd edib ki, o, İrəvandan İstanbul Sabiha Gökçen hava limanına turizm məqsədilə gəlib, lakin pasport nəzarətində saxlanılıb və ona adının qara siyahıda olduğu bildirilib. 16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib. Haueri təəccübləndirən o olub ki, o, əvvəllər Türkiyəyə bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında səfər edib və belə bir problem yaranmayıb. Hauer, qadağanın Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri və erməni tərəfini fəal şəkildə dəstəkləməsi ilə bağlı ola biləcəyini irəli sürüb. Geri dön |