Ana Sayfa > Karusel / Siyasət > Prezidentin köməkçisi: COP29 uğurla başa çatdı, Almaniyan XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir
Prezidentin köməkçisi: COP29 uğurla başa çatdı, Almaniyan XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdirBu gün, 10:24. Yazar: Admin |
COP29 uğurla başa çatdı. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə X-da paylaşımında bildirib. Hikmət Hacıyev qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi iz buraxıb: “Bununla belə, danışıqların ən kritik və çətin anlarında inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüflər olsun ki, xanım Baerbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik. Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin çatdırılması üçün vicdanlı vasitəçi kimi çıxış etmişdir”. Geri dön |