Ana Sayfa > Karusel / Region > DSX hərbçisi: Qazaxın azad olunan kəndlərində mədəni abidələr, flora və fauna da qorunur
DSX hərbçisi: Qazaxın azad olunan kəndlərində mədəni abidələr, flora və fauna da qorunurDünən, 20:08. Yazar: Admin |
19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsindı bir güllə belə atılmadan azad edilib. Bunu Qarabaginfo.az Dövlət Sərhəd Xidmətinin "Qazax" Əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur zamanı DSX-nın Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib. Onun sözlərinə görə, azad olunan kəndlərdə sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. O da qeyd olunub ki, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. Qeyd olunub ki, yeddincə əsrə aid Avey məbədi, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu həm DSX Sərhəd Qoşunları, həm də Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Geri dön |