Ana Sayfa > Karusel / Gündəm > Əsir düşmüş erməni adventis Bakıdakı kilsədə dua edib
Əsir düşmüş erməni adventis Bakıdakı kilsədə dua edib6-11-2020, 12:19. Yazar: Admin |
Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventislər icmasının üzvü erməni Hovsep Saakyan Bakıda kilsəyə gələrək dua edib.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılaraq kilsəyə gətirilib. Hovsep Saakyanın kilsəyə gətirilməsi də Azərbaycan tərəfinin növbəti humanist münaibətin bariz nümunəsidir.
Qeyd edək ki, Ermənistanda Qriqoryan kilsəninin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir. Hovsep Saakyan da Adventistləri icmasının nümayəndələrindən biridir.
Adventistlər müharibəni və silahlı qarşıdurmada iştirakı qəbul etmirlər. İcma üzvləri əllərinə silah götürmür, silahdan istifadə etmirlər. Buna baxmayaraq, ciddi insan resursu çatışmazlığı ilə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta adventistləri belə zorla silahlandırıb cəbhəyə göndərir. Bir neçə gün öncə əsir düşmüş Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dinin inanclarının əleyhinə olaraq zorla silahlandırılıb cəbhəyə göndərilməsi bunu aydın nümayiş etdirir.
Azərbaycanda adventizm XlX əsrin sonlarından yayılmağa başlayıb. Çar Rusiyası dövründə Azərbaycanda adventizm əsasən molokanlar arasında yayılıb. Lakin çar müstəbid rejimi adventistləri təqib etməyə başladıqdan sonra onların rəhbərlər həbsxanaya atıldı və ya sürgünə göndərildi, digərləri isə ölkədən çıxarıldı. Buna baxmayaraq, Rusiya imperiyası dövründə Azərbaycanın ayrı-ayrı yerlərində kiçik adventist dini icmalar mövcud olub.
Sovet hakimiyyəti illərində də Azərbaycanda adventistlər fəaliyyət göstərib, Keçən əsrin 80-cı illərində Bakıda adventistlərin sayı 100 nəfərə yaxın olub.
1991-ci ildə Azərbaycan xalqı dövlətçilik ənənəsini yenidən bərpa etdikdən sonra respublikamızda yaşayan adventistlər öz inanclarını qorxmadan, çəkinmədən yaşamaq və yaymaq imkanı əldə etdilər. 1980-cı illərin sonunda ölkəmizdə adventistlərin sayı 125 nəfər olduğu halda, günümüzdə onların sayı təqribən 400 nəfərə yaxındır. Geri dön |