Ana Sayfa > Karusel / Mədəniyyət > "Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVABBu gün, 10:29. Yazar: Admin |
"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialına görə kanala xəbərdarlıq edilib. Audiovizual Şura İTV-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlandığını əsas gətirərək bu barədə qərar qəbul edib.
Qeyd edək ki, sözügedən Qanununun 14.1.6-cı maddəsinə görə, efirdə əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir.
“Amma bu cür ifadələrin açıq şəkildə efirdə yayımlanması qətiyyən nəzərdə tutulmayıb. Efir üçün bu, birmənalı olaraq qadağandır. Sadəcə, biz "Youtube" platforması üçün serialın tam versiyasını, qeyri-etik ifadələrin işləndiyi hissələrin senzura olunmadan verilməsini nəzərdə tuturduq. Adətən bu platformada belə şeylərə icazə verilir. Sadəcə müəyyən qərardan sonra "Youtube"da qeyri-etik ifadələr bağlandı. Televizyada həmin qeyri-etik ifadələrin yayımlanması müəyyən texniki problemlərdən dolayı baş verib. Montaj sırasında gözdən yayınıb və həmin qeyri-etik ifadə televizyaya açıq şəkildə gedib”. Geri dön |