Ana Sayfa > Karusel / Sosial > Nazir: Bizim pensiya sistemimiz çox humanistdir

Nazir: Bizim pensiya sistemimiz çox humanistdir


21-11-2024, 13:51. Yazar: Admin

Nazir: Bizim pensiya sistemimiz çox humanistdir

“Daha az gəlirli pensiyaçıları yüksək indeksasiya edib, yüksək pensiya alanları daha az indeksasiya etməyimiz sosial cəhətdən düzgün deyil. Biz bununla daha çox sığorta ödəyən şəxsləri cəzalandırmış olarıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunu etməmək üçün minimum pensiya artımına gedirilir: "Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya versəydik, onlar 110 manatdan yuxarı pensiya almazdılar. Minimum pensiyanın artımı ilə onlar alacaqları məbləğdən 2-3 dəfə daha artıq pensiya alırlar. Vətəndaş bir gün belə işləməyib, heç vaxt sosial sığorta ödəməybsə, onlar pensiya sisteminə girə bilməz. Bu, düşünürəm, ədalətli yanaşmadır. Biz çox böyük sosial sığorta ilə bağlı amnistiyaya getmişik. Artıq əməkhaqlarının formallaşdığını nəzərə alsaq, insanlar öz sığortasını toplaya bilməlidir. Bu gün bizim pensiya sistemimiz çox humanistdir. Bu gün orta pensiya müddəti 14 il 6 ayın üzərindədir, 2,5 il əlavə pensiya alırlar. Bu gün biz sığortanın prinsiplərini birəbir tətbiq etsək, şərtləri qat-qat sərtləşdirməliyik".


Geri dön