Ana Sayfa > Karusel / Siyasət > ““Azəri” adlı bir irq yoxdur, Azərbaycan türkü var”
““Azəri” adlı bir irq yoxdur, Azərbaycan türkü var”6-11-2020, 11:11. Yazar: Admin |
“Azərbaycan bizim dostumuz yox, qardaşımızdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Biz iki dövlət, tək millətik. Bizim qardaşlarımız da bizim kimi, türkdür. Azərbaycan türkü. “Azəri” adlı bir irq yoxdur, Azərbaycan türkü var, azərbaycanlı türklər var”, – deyə nazir bildirib.
Hulusi Akar qeyd edib ki, 30 ildir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan həmin ərazilərdən çıxmalıdır:
"Ermənistan işğal etdiyi torpaqlardan çıxmadan hər hansı müsbət nəticənin olmayacağını hamı başa düşməlidir. Azərbaycan Silahlı Qüvvələri son dərəcə hazırlıqlı, təlimli və mükəmməldir, hər cür hüquqa, ədalətə və məntiqə uyğun şəkildə hərəkət edir". Modern.az Geri dön |