Ana Sayfa > Karusel / Siyasət > Duma “xarici agentlərin” gəlirlərini donduran qanun qəbul edib

Duma “xarici agentlərin” gəlirlərini donduran qanun qəbul edib


Dünən, 19:56. Yazar: Admin

Rusiya Duması birinci oxunuşda “xarici agentlərin” yaradıcılıq fəaliyyətindən əldə etdiyi bütün gəlirləri xüsusi hesablarda saxlamağı tələb edən qanun layihəsini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə RBC yazır.

Sənədin lehinə 408 deputat səs verib, əleyhinə və bitərəf olmayıb.

Qanun layihəsi “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” qanuna dəyişikliyi nəzərdə tutur.

Sənədə əsasən, belə şəxslərin intellektual fəaliyyətdən və brendlərdən əldə etdiyi gəlirlər xüsusi rubl hesabına köçürüləcək.


Geri dön