Ana Sayfa > Karusel / Dünya > Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib20-11-2024, 11:12. Yazar: Admin |
“IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb. Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Geri dön |