Ana Sayfa > Karusel / Region > Zaur Mikayılov: Cənubi Qafqaz birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir
Zaur Mikayılov: Cənubi Qafqaz birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir19-11-2024, 15:49. Yazar: Admin |
Azərbaycan artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarını tətbiq edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "Su və davamlı inkişaf: İqlim çağırışlarına cavab" mövzusunda tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi sərhəd tanımır və qlobal, regional əməkdaşlığa ehtiyac olduğunu bir daha göstərir:
"Transsərhəd su resurslarının idarəçiliyi əməkdaşlığın faydalarını nümayiş etdirən güclü bir nümunədir. Bununla belə, Cənubi Qafqaz kimi bölgələr birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir. Biz bütün regional dövlətləri transsərhəd su resurslarının birgə idarə edilməsinə və Cənubi Qafqaz su təhlükəsizliyini gücləndirəcək konkret addımlar atmağa çağırırıq".
Sədr vurğulayıb ki, Azərbaycan Ceyranbatan su anbarında ultrafiltrasiya qurğusu, Pirşağıda müasir tullantı su təmizləyici qurğu yaradıb, SCADA sistemlərini tətbiq edib: “Azərbaycanın ilk Dövlət-Özəl Tərəfdaşlıq layihəsi olan Xəzər dənizinin suyun duzsuzlaşdırılması təşəbbüsü Azərbaycanın dayanıqlı su idarəçiliyinə və iqlim davamlılığına dair göstərdiyi səylərin bariz nümunəsidir”. Geri dön |