Ana Sayfa > Karusel / Dünya > Peskov: Nüvə doktrinasına düzəlişlər praktiki olaraq formalaşdırılıb

Peskov: Nüvə doktrinasına düzəlişlər praktiki olaraq formalaşdırılıb


19-11-2024, 08:31. Yazar: Admin

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

 

Rusiyanın nüvə doktrinasına edilməsi nəzərdə tutulan düzəlişlər praktiki olaraq formalaşdırılıb.

Qarabaginfo.az “RT”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, düzəlişlər hələ rəsmiləşdirilməyib.

“Hələ rəsmiləşdirilməyib. Onlar artıq praktiki olaraq formalaşdırılıb. Lazım gəldikdə rəsmiləşdiriləcək”, - Peskov vurğulayıb.

Sentyabrın 25-də Vladimir Putin yenilənmiş nüvə doktrinasında nüvə dövlətinin iştirakı ilə qeyri-nüvə dövlətinin ölkəyə qarşı təcavüzünü bu ölkələrin Rusiyaya birgə hücumu olaraq qeydə almağı təklif edib.


Geri dön