Ana Sayfa > Karusel / Siyasət > Bahar Muradova: İqlim dəyişikliyinin yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə birbaşa təsir edir
Bahar Muradova: İqlim dəyişikliyinin yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə birbaşa təsir edir18-11-2024, 17:30. Yazar: Admin |
COP29 çərçivəsində keçirilən müzakirələr bizə birgə həll yollarını tapmaq üçün unikal imkan təqdim edir. Qarabaginfo.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa"da deyib. O qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri təkcə ekoloji deyil, həm də şəxsi və sosialdır: "İqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır. İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunduğundan uşaqların hərtərəfli dəstəklənməsi vacibdir". "Bizim iqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir. Bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır", - deyə B.Muradova bildirib. Komitə sədri deyib ki, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılması vacibdir: Geri dön |