Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır
Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır18-11-2024, 14:40. Yazar: Admin |
Maliyyə naziri Samir Şərifov Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertin artımına aydınlıq gətirib. Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır: “Ermənistan ciddi şəkildə silahlanır. Buna cavab olaraq, cənab Prezidentin tapşırığına əsasən, milli təhlükəsizlik xərclərinin artrılmasına, ona görə də Neft Fondundan transfertin artırılmasına ehtiyac yaranıb. Bilirsiniz ki, biz Neft Fondundan transfertin cari illə müqayisədə artmasının tərəfdarı deyildik”. Qeyd edək ki, 2025-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,3 faiz, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 2 milyard 743,4 milyon manat və ya 23.4 faiz çoxdur. Geri dön |