Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət / Dünya > Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib18-11-2024, 13:50. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin hazırkı cəbhə xəttində dondurulması təşəbbüsünü müzakirə etməyiblər. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinin Ərdoğanın Rio-de-Janeyroda keçiriləcək G20 sammitində atəşkəs təşəbbüsü irəli sürəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib. “Xeyr, bu müzakirə olunmayıb. Biz də hələlik yayılan məlumatları görmüşük. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, onların nədən danışa biləcəyini bilmirik”, - Kreml nümayəndəsi qeyd edib. Geri dön |