Ana Sayfa > Karusel / Region > Rusiya Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib

Rusiya Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib


17-11-2024, 18:32. Yazar: Admin

David Kezeraşvili

 

Rusiya Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib.

Qarabaginfo.az xəbər verir ki, Moskva məhkəməsi sabiq nazir barəsində külli miqdarda dələduzluq ittihamı ilə qiyabi həbs qərarı qəbul edib.

Kezeraşvilinin məlumatları Rusiya Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışda olanlar siyahısına daxil edilib.

Lefortovo məhkəməsi TASS-a açıqlamasında fakt təsdiqləyib. Sabiq Müdafiə nazirinə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ( xüsusilə genişmiqyaslı dələduzluq) ilə cinayət işi açılıb.


Geri dön