Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yaponiya Ukraynaya 3 milyard dollar yardım edib
Ana Sayfa > Karusel / Dünya > Yaponiya Ukraynaya 3 milyard dollar yardım edib

Yaponiya Ukraynaya 3 milyard dollar yardım edib


17-11-2024, 11:42. Yazar: Admin

Yaponiya G7-nin 50 milyard dollarlıq kredit təşəbbüsü çərçivəsində Ukraynaya 3 milyard dollar ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ödəniləcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazıb.

Yaponiyanın xarici işlər naziri Takeşi İvayey ilə görüşündə Zelenski vurğulayıb ki, yeni hökumətin təyinatından dərhal sonra yapon diplomatının xarici ölkəyə ilk səfərini Ukraynaya etməsi vacibdir.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, habelə Yaponiyadan əhəmiyyətli maliyyə və humanitar yardıma, xüsusən də enerji sektorumuza yeni yardım sənədlər paketinin verilməsinə görə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.

Zelenski 3 milyard dollar yardımın ayırdığı üçün Yaponiya hökumətinə təşəkkürünü bildirib.


Geri dön