Ana Sayfa > Karusel / Siyasət / Dünya > Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb

Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb


Dünən, 20:09. Yazar: Admin

Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub.

 

Kreml Putin-Şolts telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb.

Belə ki, Putin Şoltsa bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna ilə bağlı danışıqlara açıqdır.

 

Kreml bildirib ki, Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.

 

"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - Kreml Putin və Şolts arasında söhbətin yekunlarına dair açıqlamasında bildirib.

 

Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından danışıb.

 

Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. 

Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.


Geri dön