Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hərbi hissədə komanda-qərargah təlimi keçirilib
Ana Sayfa > Karusel / Siyasət > Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib


15-11-2024, 15:50. Yazar: Admin

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

 


Geri dön