Ana Sayfa > Karusel / Siyasət > Sloveniya ilə əmək və sosial müdafiə sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub

Sloveniya ilə əmək və sosial müdafiə sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub


Bu gün, 14:29. Yazar: Admin

Sloveniya ilə əmək və sosial müdafiə sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sloveniya Respublikasının ölkəmizdəki səfiri Qorazd Rençelye ilə görüş olub.

Bu barədə Qarabaginfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun ölkəmiz tərəfindən rəhbəri Anar Kərimov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etməkdə olduğunu qeyd edib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin genişlənməsində önəmini vurğulayıb.

Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun da əlaqələrimizin inkişaf etdirilməsinə xidmət etdiyi vurğulanıb. Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan sosial uğurlar, DOST Konsepsiyasının ionovativ üstünlükləri, əmək və məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal nailiyyətlər barədə məlumat verilib. Bu sahələrdə Sloveniya ilə də əməkdaşlığa və təcürbə mübadilələrinin aparılmasına önəm verildiyi qeyd edilib.

Q.Rençelye ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu, sosial islahatlar prosesində əldə olunmuş uğurlu təcrübələrin mübadiləsinin qarşılıqlı əhəmiyyətini qeyd edib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

 


Geri dön