Ana Sayfa > Karusel / Region > XİN rəhbəri Paşinyanın kommunikasiyaların açılması ilə bağlı fikirlərinə aydınlıq gətirib

XİN rəhbəri Paşinyanın kommunikasiyaların açılması ilə bağlı fikirlərinə aydınlıq gətirib


Bu gün, 11:59. Yazar: Admin

 

Sabiq xarici işlər naziri XİN-dəki həbslər barədə: "ciddi şəkildə məlumat sızması mövcuddur" - BBC News Azərbaycanca

Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması yeni mövzu deyil.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra demək olar ki, “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi.
Hələ bununla bağlı elanlar yoxdusa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycanda isə öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırlacaq”.


Geri dön