Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Ana Sayfa > Karusel / Siyasət > Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb

Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb


15-11-2024, 10:12. Yazar: Admin

Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.


Geri dön