Ana Sayfa > Karusel / Gündəm > Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 92-yə çatdı
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 92-yə çatdı5-11-2020, 12:44. Yazar: Admin |
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 502, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 2 971-dir. Geri dön |