Ana Sayfa > Karusel / Siyasət > Taksonomiyada yaşıl fəaliyyətlərin müəyyən edilməsi qaydaları açıqlanıb
Taksonomiyada yaşıl fəaliyyətlərin müəyyən edilməsi qaydaları açıqlanıb13-11-2024, 19:23. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə təsdiqlənən Yaşıl Taksonomiyaya əsasən yaşıl fəaliyyət kimi tanınmaq üçün iqtisadi fəaliyyət bir sıra mərhələlərdən keçməklə əsas şərtlərə cavab verməlidir. Qarabaginfo.az xəbər verir ki, yaşıl fəaliyyət kimi tanınmaq üçün şərtlər aşağıdakılardır: 1-ci mərhələ: Ətraf mühit məqsədlərinə əhəmiyyətli töhfə verilməsi - maraq doğuran iqtisadi fəaliyyət ilk növbədə bir və ya bir neçə ekoloji məqsədə əhəmiyyətli töhfə verdiyini nümayiş etdirilməlidir. Buna aşağıdakı yollarla nail olmaq olar: Ətraf mühitə mənfi təsirin azaldılması - ətraf mühitə ziyan vuran fəaliyyətləri daha dayanıqlı alternativlərlə əvəz etməklə (məsələn, bərpa olunan enerjinin üzvi yanacaq enerjisini əvəz etməsi, elektrik nəqliyyat vasitələrinin ənənəvi nəqliyyatı əvəz etməsi). Ətraf mühitə təsirin yaxşılaşdırılması - mövcud proseslərin səmərəliliyini artırmaqla (məsələn, çirklənməni azaldan tullantı sularının təmizlənməsi). Ətraf mühitə müsbət təsirlərin yaradılması - biomüxtəlifliyi artıran meşələrin bərpası və ya yaşayış mühitinin bərpası yolu ilə ekosistemləri birbaşa təkmilləşdirməklə. 2-ci mərhələ: Əhəmiyyətli zərər verməmə (ƏZV)- prinsipinin təmin olunması - hər hansı bir fəaliyyətin icrası zamanı bir ekoloji məqsədə töhfə verərkən digər ekoloji məqsədlərə zərər vurulmasına yol verilməməlidir. Bu prinsipin həyata keçirilməsi ekoloji məqsədlər arasında tarazlığı təmin edir, gözlənilməz mənfi nəticələrin qarşısını alır. Məsələn, enerji səmərəliliyi təşəbbüsü hava və ya suyun çirklənməsini artırmamalıdır və (və ya) bərpa olunan enerji layihəsi yerli ekosistemlərə, məsələn, yaşayış mühitinin məhv edilməsinə səbəb olmamalıdır. 3-cü mərhələ: Minimum Sosial Təminatlar (MST)- prinsipinə riayət etmə - Taksonomiyaya uyğunlaşdırılmış yaşıl fəaliyyətlər insan hüquqlarına və əmək standartlarına riayət etməlidir. MST iqtisadi fəaliyyətlərin ekoloji məqsədlərə töhfə verərkən , etik və inklüziv sosial təcrübələri də dəstəkləməsinə kömək edir. Məsələn, meşəsalma layihələri yerli icmaları cəlb etməli və yerdəyişməyə səbəb olmadan onların hüquqlarını qorumalıdır və (və ya) yaşıl texnologiya təchizat zəncirləri təhlükəsiz iş şəraitini təmin etməli və əməyin istismarının qarşısını almalıdır. Qeyd edək ki, Taksonomiya istifadəçiləri əvvəlcə nəzərdən keçirilən fəaliyyətin 6 ekoloji məqsəddən azı birinə əhəmiyyətli töhfə verib-vermədiyini qiymətləndirməlidirlər. Taksonomiyada əhatə olunan 10 sektor maraq doğuran fəaliyyətin Azərbaycan Respublikasının ekoloji məqsədlərini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı istiqamət verir. Geri dön |