Ana Sayfa > Karusel / Siyasət > Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib
Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib13-11-2024, 13:10. Yazar: Admin |
Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, legitimliyi gürcü xalqı verib. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda jurnalistlərə açıqlamasında bildirib. Hökumət başçısı qeyd edib ki, müxalifətin cəmiyyətin müvafiq hissəsinin verdiyi mandatlardan imtina etməsi öz tərəfdarlarına qarşı təhqir olacaq. "Parlamentin müxalifətin deyil, gürcü xalqının legitimliyinə ehtiyacı var, mən bunu sizə çox açıq deyə bilərəm. Gürcü xalqı Gürcüstan parlamentinə və parlament çoxluğuna müvafiq legitimliyi verdi”, - Baş nazir qeyd edib. Qeyd edək ki, Gürcüstan müxalifəti 26 oktyabr seçkilərinin nəticəsini və Gürcüstan parlamentinin legitimliyini tanımaqdan imtina edib. Geri dön |