Ana Sayfa > Karusel / Siyasət > Kembric Universitetinin direktoru: 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik

Kembric Universitetinin direktoru: 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik


13-11-2024, 10:36. Yazar: Admin

Kembric Universitetinin direktoru: 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik

Hazırda dünya əhalisinin yalnız 10%-i hava nəqliyyatında istifadə edir. Bu rəqəmin gəlirlər çoxaldıqca artacağı gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bunu COP29 çərçivəsində “Aviasiya Təsir Sürətləndiricisi və Sıçrayış Enerjisi” üzrə keçirilən tədbirdə professor, Kembric Universitetinin aviasiya təsir sürənləndiricisi üzrə direktoru Rob Miller deyib.

O qeyd edib ki, bununla belə, aviasiya artıq qlobal CO2 emissiyalarının təxminən 2,5%-ni təşkil edir və CO2 olmayan təsirlər nəzərə alındıqda, onun iqlimin istiləşməsinə töhfəsi təxminən 4%-ə qədər artır. Hökumətlərin və sənayenin 2050-ci ilə qədər xalis sıfır aviasiya sektoruna nail olmaq üçün iddialı vədlərinə baxmayaraq, sektor təhlükəli şəkildə yoldan kənarda qalır. Sürətli və qətiyyətli addımlar atılmasa, biz 2050-ci ilə qədər xalis-sıfır emissiyalara çatmaq fürsətini əldən verə bilərik.

“Qlobal liderlər aviasiya sektoru üçün xalis sıfır karbon emissiyası vizyonunu təsdiqləsələr də, cari səylər əhatə dairəsi və sürət baxımından zəifdir. Bəzi hallarda təklif olunan həllər böhranı daha da gücləndirə bilər. Məsələn, reaktiv yanacaq üçün biokütlənin ətraf mühitə təsirini idarə etmədən ona çox etibar etməyi misal göstərə bilərik”- Rob Miller əlavə edib.


Geri dön