Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) əməkdaşları ölkənin qərbində 16 yaşlı yeniyetməni terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Saxlanma noyabrın 5-də baş tutub. Noyabrın 8-də isə Milli Antiterror Prokurorluğu gəncin terrorçu cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda ittiham olunduğunu və saxlanıldığını təsdiqləyib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən tapança qabı və bıçaq aşkar edilib. Onun radikal fikirlərin təsiri altına düşdüyü və odlu silah almağa çalışdığı iddia edilir.