Ana Sayfa > Karusel / Siyasət > Levan Davitaşvili: Qara dəniz sualtı elektrik enerjisi layihəsi ilə bağlı növbəti addımlar atmağa hazırıq
Levan Davitaşvili: Qara dəniz sualtı elektrik enerjisi layihəsi ilə bağlı növbəti addımlar atmağa hazırıq12-11-2024, 20:39. Yazar: Admin |
Qara dəniz sualtı elektrik enerjisi layihəsi enerji sistemlərinin inteqrasiyasında və transsərhəd elektrik enerjisi ticarətinin gücləndirilməsində böyük rol oynayacaq. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. “Bu infrastruktur layihəsinin texniki-iqtisadi əsaslandırılması müsbət nəticələr verdi və biz mümkün qədər tez bir zamanda növbəti addımlar atmağa hazırıq. Bu layihə enerji sistemlərimizin inteqrasiyasında və elektrik enerjisinin transsərhəd ticarətinin gücləndirilməsində mərkəzi rol oynayacaq”, - Davitaşvili qeyd edib. Geri dön |