Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri: Azərbaycan COP29-da emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir

ABŞ səfiri: Azərbaycan COP29-da emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir


12-11-2024, 11:21. Yazar: Admin

ABŞ-ın Azərbaycandakı səfiri: Müstəqil media və vətəndaş cəmiyyətinə təzyiq bizi narahat edir

Əhəmiyyətli günəş və külək ehtiyatlarına malik Azərbaycan COP29-da dayanıqlı inkişafda və karbohidrogen sektorunda emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir.

Mark Libbi bildirib ki, məhsuldar və ruhlandırıcı iki həftəni səbirsizliklə gözləyir: “Mən ABŞ nümayəndə heyətimizə, Azərbaycan COP29 ev sahiblərimizə, bütün iştirakçılara və əslində bütün dünyaya uğurlu COP29 arzulamaq istərdim".


Geri dön