Ana Sayfa > Karusel / Siyasət > Baydenin müşaviri: İqlim dəyişikliyi ilə mübarizə ABŞ-nin qarşısında öhdəlik olaraq qalır
Baydenin müşaviri: İqlim dəyişikliyi ilə mübarizə ABŞ-nin qarşısında öhdəlik olaraq qalır11-11-2024, 18:12. Yazar: Admin |
“Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatların federal hökuməti iqlimlə bağlı tədbirləri arxa plana keçirsə də, iqlim dəyişikliyinin qarşısını almaq üçün iş ABŞ-də öhdəlik olaraq qalır və inamla davam edəcək”. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mətbuat konfransında deyib: “Bu axşam hər kəsi düşündürən bir mövzuya, ABŞ-də prezident seçkilərinə toxunmaq istəyirəm. Mən bilirəm ki, bu məyusluğa dözmək çətindir. Çünki üzləşdiyimiz təhlükələr getdikcə daha fəlakətli olur, amma reallıq budur. Birləşmiş Ştatlar demokratik dövlətdir və demokratiyada xalqın iradəsi üstünlük təşkil edir. Administrasiyamız hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün işləyir. Prezident Bayden keçən həftə dediyi kimi, uğursuzluqlar qaçılmazdır, lakin təslim olmaq bağışlanmazdır. Bu daha təmiz, daha təhlükəsiz planet uğrunda mübarizəmizin sonu deyil. Faktlar hələ də faktdır. Elm hələ də elmdir. Planet uğrunda mübarizə bir ölkədə bir seçkidən daha böyükdür. Çünki biz hamımız dünyanın hər bir ölkəsində iqlim böhranı ilə qarşılaşırıq. İyulun 22-si tarixdə ən isti gün olub. Sürətlə istiləşən planetdə yaşamağın nəticələri təkcə mərcan riflərinin dağılması və buz təbəqələrinin əriməsi deyil, bu problem bizi hər yerdə əhatə edir. İnsanların həyatına dağıdıcı təsir göstərir. Bu payızda Helene və Milton qasırğaları ABŞ-nin cənub-şərqini vurdu, yüzlərlə insanı öldürdü və həftələrlə icmalarda elektrik və suyun verilməsində fasilə yarandı. Afrikanın cənubunda onilliklərin ən pis quraqlığı 20 milyon uşağı qida çatışmazlığı və hətta aclıq təhlükəsi ilə üz-üzə qoyur”. O, çıxışı zamanı COP29 ilə əlaqədar nazir Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Azərbaycan komandasının gərgin əməyinə və peşəkarlığına şahidlik etdiyini vurğulayıb. Geri dön |