Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub
Ana Sayfa > Karusel / Dünya > ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub

ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub


11-11-2024, 10:15. Yazar: Admin

ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının hədəflərinə azı 9 zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib.

Ölkənin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi də iki hava hücumuna məruz qalıb.

Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.


Geri dön