Ana Sayfa > Karusel / Dünya > Peskov: Trampı Bayden və Harrisdən daha az proqnozlaşdırmaq olur

Peskov: Trampı Bayden və Harrisdən daha az proqnozlaşdırmaq olur


10-11-2024, 18:42. Yazar: Admin

Dmitri Peskov

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarını yerinə yetirmək baxımından indiki ABŞ prezidenti Co Bayden və Trampın seçkidəki rəqibi Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrislə müqayisədə daha az proqnozlaşdırmaq olar.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xanım Harris və cənab Baydenin planında hər şey, onların Ağ Evi tərk edənə qədər tutacaqları xətt olduqca aydın idi. Cənab Trampı bu baxımdan daha az proqnozlaşdırmaq mümkündür. Və onun seçki kampaniyası zamanı verdiyi bəyanatlara nə qədər sadiq qalacağını gözləyirik” - bu barədə Kremlin sözçüsü jurnalist Pavel Zarubinə şərhində bildirib.


Geri dön